Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1138 ədəd minik avtomobili istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 164 ədəd və ya 12,6% azdır.
Cari ilin aprelin 1-nə ölkədə hazır minik avtomobili ehtiyatı 407 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 191 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 163 ədəd və yaxud 6,8 dəfə çoxdur.
Bu ilin aprelin 1-nə hazır məhsul ehtiyatı 12 ədəd təşkil edib.
Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-mart aylarında 115,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə artmış, maşın və avadanlıqların istehsalı isə 49,7 faiz azalıb.
