Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında son iki yarımfinalçı bəlli olub.
Trend xəbər verir ki, "Sportinq" "Arsenal"la qarşılaşıb. 0:0 hesabı ilə yekunlaşan matçdan sonra "topçular" yarımfinala yüksəlməyi bacarıb.
"Real" da öz növbəsində Almaniyada "Bavariya" önünə çıxıb. Gərgin keçən matçda "Bavariya" 4:3 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırmağı bacarıb.
Qeyd edək ki, yarımfinal mərhələsində PSJ "Bavariya" ilə, "Arsenal" isə "Atletiko" ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
15 aprel
23:00 "Arsenal"- "Sportinq" 0:0 (İlk oyun 1:0)
23:00 "Bavariya"- "Real" 4:3 (İlk oyun 2:1)
Qollar: Pavloviç, 6, Keyn, 38, L. Diaz, 89, Olise, 94, - A. Güler 1, 29, Mbappe, 42