...

"Yuventus" kapitanı ilə bağlı qərar verdi

İdman Materials 15 Aprel 2026 13:36 (UTC +04:00)
"Yuventus" kapitanı ilə bağlı qərar verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Yuventus"da Manuel Lokatelli ilə bağlı qərar verib.

Trend xarici mediaya istinadən xəbər verir ki, "qoca sinyora" komandanın kapitanını buraxmaq niyyətində deyil.

Belə ki, Turin klubu 28 yaşlı yarımmüdafiəçinin müqavilə müddətini artırmaq niyyətindədir.

Lokatellinin müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir. Yeni müqaviləyə əsasən, italiyalı futbolçu 2030-cu il iyunun 30-na qədər "Yuventus"da qalacaq.

O, karyerası ərzində "Milan" və "Sassuolo" klublarında da oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti