...

Birinci rübdə informasiya və rabitə sektoruna investisiyalar iki dəfədən çox artıb

İqtisadiyyat Materials 16 Aprel 2026 17:34 (UTC +04:00)
Birinci rübdə informasiya və rabitə sektoruna investisiyalar iki dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 164,5 milyon manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 4,1%-ə bərabər olub.

Dövr ərzində informasiya və rabitə sektoruna yönəldilmiş investisiyalardan 157 milyon manatı yalnız rabitə sahəsi üzrə olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Rabitə sahəsi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 3,9%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 44,6 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,2 faiz çox olub.

Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manatı (30,9 faizi) xidmət sahələrinin, 510,4 milyon manatı (12,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,3 faizi dövlət, 65,7 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 72,2 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti