Bakı. Trend:
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi çərçivəsində tikilən "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından indiyədək 2,1 milyon ton neft hasil edilib.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi çərçivəsində yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlanılmasından 2 il ötür.
Qeyd edək ki, 6 milyard dollarlıq “Azəri Mərkəzi Şərqi” (ACE)
layihəsi Xəzər dənizində nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG)
yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz
platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər
qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə
300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində
qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə
Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər
uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya
qərarıdır.
2025-ci il aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında
quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk
neft əldə olundu.
ACE platformasından ilk neft 2023-cü ilin sonunda platformadan
qazılmağa başlanmış birinci quyudan əldə edildi. 2024-cü il ərzində
platformada daha iki hasilat quyusu istismara verildi.
2025-ci ilin ikinci rübündə AÇG layihəsi çərçivəsində ACE
platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və
qrafikə uyğun işə salınmışdır.
2025-ci ildə ACE platformasından hasilat 25 000 barel olub.
