...

Tanınmış amerikalı investor vəfat edib

Dünya xəbərləri Materials 16 Aprel 2026 15:24 (UTC +04:00)
Tanınmış amerikalı investor vəfat edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı tanınmış investor Mark Mobius 89 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun “LinkedIn” səhifəsində dərc olunmuş məlumatda bildirilir.

“Məşhur investor və inkişaf etməkdə olan bazarlara investisiyalar sahəsində pioner olan Mark Mobius 15 aprel 2026-cı ildə 89 yaşında vəfat edib”,- deyə məlumatda qeyd olunur.

Həmçinin vurğulanır ki, onun sahib olduğu “Mobius Investments” şirkətinin tərəfdaşları Con Niniya və Erik Nquyen rəhbərlik vəzifələrini üzərlərinə götürəcəklər.

“Şirkət investisiya yanaşmasında və gündəlik fəaliyyətində heç bir dəyişiklik olmadan fəaliyyətini davam etdirəcək”, – deyə məlumatda deyilir.

Mobius inkişaf etməkdə olan bazarlar üzrə ən tanınmış mütəxəssislərdən biri idi. O, uzun illər “Franklin Templeton” investisiya şirkətində inkişaf etməkdə olan bazarlar bölməsinə rəhbərlik edib və Asiya, Latın Amerikası və Afrika ölkələrinə investisiyaların əsas təşviqçilərindən biri hesab olunurdu. Mobius uzunmüddətli investisiya strategiyaları və yüksək volatilliyə malik bazarlarda aktiv fəaliyyəti ilə geniş şöhrət qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti