...

Çempionlar Liqasında həftənin ən yaxşısı məlum olub

İdman Materials 16 Aprel 2026 19:34 (UTC +04:00)
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunçularının ən yaxşısı məlum olub.

Trend xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

"Bavariya"da çıxış edən Maykl Olise həftənin oyunçusu seçilib.

Fransalı vinger UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda "Barselona"dan Dani Olmo, PSJ-dən Usman Dembele və "Arsenal"da Martin Subimendini qabaqlayıb.

Qeyd edək ki, Maykl Olise "Bavariya"nın "Real"ı 4:3 hesabı ilə məğlub etdiyi qarşılaşmada komandasının qələbə qolunu vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti