Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin saytında bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri Ust-Kamçatski dairəsi ərazisində, Krutobereqovo kəndindən 17 km cənub-şərqdə yerləşib.
Bölgə sakinləri üç bal gücündə zəlzələ hiss edə biliblər.
