Antalya. Trend:
Sloveniya qaz təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirir.
Bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Antalya Diplomatiya Forumu çərçivəsində Trend-in xüsusi müxbirinə açıqlamasında bildirib.
“Biz həmçinin Azərbaycanla uzunmüddətli tərəfdaşlığın qurulmasında maraqlıyıq. Ötən il Azərbaycanla əməkdaşlığımızı genişləndirməyə və dərinləşdirməyə çalışdıq, lakin bundan əvvəl də digər ölkələrlə tərəfdaşlıqlar inkişaf etdirmişik”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, Sloveniya enerji resurslarının mənbələri və marşrutlarının şaxələndirilməsi prosesindədir.
“Hazırda biz təchizatçılarımızı və marşrutlarımızı şaxələndiririk. Azərbaycan bu prosesin bir hissəsidir. Bu, Sloveniyaya təbii qazın tədarükü və idxalı üçün əlavə bir marşrut baxımından həqiqətən yaxşı bir həll yoludur”, – deyə Kumer qeyd edib.
