Bakı.Trend:
Neft qiymətlərinin artımı fonunda 2026-cı ildə Azərbaycanda cari əməliyyatlar hesabının və dövlət büdcəsinin profisitlərinin güclənməsi mümkündür.
Bu barədə Trend Niderlandın ING Group-a istinadən məlumat verir.
“ Brent markalı neft üzrə baza ssenarisi artıq 2026-cı il üzrə bir barel üçün 89 ABŞ dolları, 2027-ci il üzrə isə 77 ABŞ dolları təşkil edir. Mənfi ssenarilər isə müvafiq olaraq 121 və 97 ABŞ dollarını nəzərdə tutur”, – məlumatda deyilir.
Qeyd olunur ki, bu vəziyyətdə Azərbaycan və Qazaxıstan üstün mövqedədir: “Həssaslıq qiymətləndirməmizə əsasən, yeni baza ssenarisi Azərbaycanı əsas benefisiara çevirir: 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8–9%-nə çata bilər, büdcə profisiti isə 4,0–4,5% təşkil edə bilər”.
Qeyd edək ki, neft bazarındakı mənbənin bugünə verdiyi məlumatlara görə, İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,54 ABŞ dolları və ya 2,25 faiz artaraq bir barel üçün 115,55 ABŞ dolları təşkil edib.Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,9 dollar və ya 2,66 faiz bahalaşaraq 111,83 dollar olub."URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,27 dollar və ya 2,76 faiz artaraq bir barel üçün 84,42 dollara atıb. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,28 dollar və ya 0,24 faiz azalaraq bir barel üçün 116,27 dollara çatıb.Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
