...

Avropada əhali sayı əhəmiyyətli dərəcədə azalacaq

Dünya xəbərləri Materials 17 Aprel 2026 09:20 (UTC +04:00)
Avropada əhali sayı əhəmiyyətli dərəcədə azalacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın statistika və proqnoz qurumu olan Avrostat (Eurostat) 2100-cü ilə qədər Avropa İttifaqı ölkələrində ümumi əhali sayının 11,7 faiz vəya 53 milyon nəfərə qədər azalacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bu barədə Avrostatın rəsmi pres-relizində deyilir.

Proqnozda qeyd olunur ki, Avropa ölkələri əhali sayı baxımından öz pikini yaxın 3 il ərzində yaşayacaq, belə ki, əhali sayı 453,3 milyona çatacaq. 2100-cü ilə qədər isə sayın 398,8 milyon nəfərə qədər azalacağı gözlənilir.

Belə ssenaridə əhalinin azalmasına təsir edən əsas amil kimi, əhalinin qocalma tendensiyası göstərilir.

Proqnoza görə, 2100-cü ilə qədər blokda yaşı 65-yuxarı olan vətəndaşların sayı 22 faizdən 33 faizə yüksələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti