...

Rəşt–Astara dəmir yolu mühüm logistika xəttidir - Aleksey Overçuk

Siyasət Materials 16 Aprel 2026 18:28 (UTC +04:00)
Rəşt–Astara dəmir yolu mühüm logistika xəttidir - Aleksey Overçuk
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

Azərbaycan–Rusiya münasibətləri çox sıx və çoxşaxəlidir. Dövlət başçıları səviyyəsində davamlı təmaslar mövcuddur və hökumətlərarası komissiya çərçivəsində konkret tapşırıqlar icra olunur.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bizim əməkdaşlığımız həqiqətən də hərtərəflidir. Azərbaycan tərəfi Rusiya ilə münasibətlərin inkişafına böyük maraq göstərir. Zəngilanda keçirilən iclasda aidiyyəti qurumlara ticarət strukturunun təhlili və dövriyyənin artırılması üzrə tapşırıqlar verilib.

Bu, ölkələrimizdə yeni iş yerlərinin yaradılması və birgə inkişaf üçün vacibdir”, – deyə Overçuk bildirib.

Rusiya rəsmisi regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib.

"Avtomobil yolları şəbəkəsi artıq formalaşıb, həmçinin Ermənistanın Mehri istiqamətinə gedən dəmir yolu xətti də xeyli dərəcədə hazırdır. Biz beynəlxalq keçid məntəqəsindəyik və burada həm Şimal–Cənub, həm də Şərq–Qərb nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan yeni körpünü görürük. Rusiya Federasiyası bu infrastrukturun tezliklə işlək vəziyyətə gətirilməsində maraqlıdır”, – deyə o qeyd edib.

Overçuk əlavə edib ki, yaradılan müasir logistika infrastrukturu gələcəkdə Rusiya, İran, Azərbaycan, Naxçıvan və Türkiyə istiqamətlərində yükdaşımaların daha səmərəli həyata keçirilməsinə imkan verəcək.

“Bu layihə bütün ölkələrimiz üçün birgə fayda yaradacaq. Rəşt–Astara dəmir yolunun tikintisinin beynəlxalq “Şimal–Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu layihə İran limanlarını Rusiya limanları, o cümlədən Baltik dənizi istiqamətində və Moskva ilə birləşdirən mühüm logistika xəttidir.

Biz Rəşt–Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisi prosesindəyik. Hesab edirik ki, bu, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılmasının mühüm elementidir. Buna görə də biz bu layihəyə çox böyük maraq göstəririk”, – deyə Overçuk bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti