...

Rəsmi Tel-Əviv İsrail-Livan birbaşa danışıqlarının planlaşdırıldığını təsdiqləyib

Dünya xəbərləri Materials 16 Aprel 2026 12:58 (UTC +04:00)
Rəsmi Tel-Əviv İsrail-Livan birbaşa danışıqlarının planlaşdırıldığını təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin innovasiya, elm və texnologiya naziri Qila Qamliel “Galei SAXAL” radiostansiyasının efirində İsrailin Baş naziri Benyamin Netanyahunun Livan Prezidenti Cozef Aun ilə telefon danışığı aparmağı planlaşdırıldığını təsdiqləyib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

“Ümid edirəm ki, bu addım nəticə etibarilə Livanın bir ölkə kimi rifahına və inkişafına gətirib çıxaracaq”, – deyə o bildirib.

İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Qamlielin sözlərinə görə, bu danışığın baş tutuması üçün uzun müddət hazırlıq görülüb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında Netanyahu-Aun danışıqlarının 16 aprel tarixində keçiriləcəyini elan emtişdi. Onun sözlərinə görə, bu, İsrail və Livan liderləri arasında 34 ildən sonra ilk birbaşa danışıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti