Bakı.Trend:
Azərbaycanın Gürcüstanla sərhəddində 802 avtomobil gözləyir. "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil, “Mazımqara” gömrük postunda isə 2 avtomobil gözləyir.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Rusiya ilə sərhəddində - “Xanoba” gömrük postunda 10, “Samur” gömrük postunda isə 235 avtomobil gözləyir.
Azərbaycanın İranla sərhəddində yerləşən “Astara” gömrük postunda isə 83 avtomobil gözləyir.
