...

Hərbi həkim komissiyasının sabiq rəisinin işi üzrə proses başlayıb

Cəmiyyət Materials 16 Aprel 2026 12:17 (UTC +04:00)
Hərbi həkim komissiyasının sabiq rəisinin işi üzrə proses başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət verib.

O, müvəkkilinin rüşvətfə ittiham olunduğu bir hissənin çıxarılmasını, ev dustaqlığına buraxılmasını xahiş edib.

Məhkəmə ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib, digər vəsatəti isə baxılmamış saxlayıb. İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Növbəti baxış iclası 23 aprel tarixinə təyin edilib.

Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti