Bakı. Trend:
"Xalq Bank" "Visa" ödəniş sisteminin təqdim etdiyi "Visa Direct to Account and Wallet" xidmətini istifadəyə verdi.
"Visa Direct to Account" xidməti müştərilərə pul vəsaitlərini birbaşa alıcının bank hesabına sürətli və təhlükəsiz şəkildə köçürülməsini həyata keçirməyə imkan verir. Vəsaitlər alıcının ölkəsinin yerli valyutasında (o cümlədən TRY, AED, KRW və s.) mədaxil olunur.
Digər tərəfdən, "Visa Direct to Wallet" xidməti vasitəsilə CNY valyutasında Çin ödəniş sistemləri olan "Alipay" və "WeChat Pay" üzərindən köçürmələrin həyata keçirilməsi mümkündür. Köçürməni həyata keçirmək üçün müştəri "Xalq Bank" filialına müraciət etməli, ödəniş tapşırığını, ödəniş təyinatı kodunu (POP-kodu) və alıcının rəqəmsal pul kisəsinə bağlı olan mobil nömrəsini təqdim etməlidir.
Xidmət yalnız fiziki şəxslər üçün keçərlidir.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.