...

İcmal büdcənin xərcləri proqnozu açıqlanıb

İqtisadiyyat Materials 15 Aprel 2026 16:58 (UTC +04:00)
İcmal büdcənin xərcləri proqnozu açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2027-ci il üçün icmal büdcənin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 266,7 milyon manat və yaxud 2,6 faiz çox olmaqla 50 milyard 106,0 milyon manat, ortamüddətli dövrün sonuna isə 5 milyard 14,7 milyon manat və yaxud 10,3 faiz çox olmaqla 53 milyard 854,0 milyon manat proqnozlaşdırılır.

Trend bu barədə Maliyyə Nazirliyinə isitnadən xəbər verir.

Bildirilib ki, eyni zamanda, 2027-ci il üzrə dövlət büdcəsinin xərcləri 42 milyard 200,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 496,4 milyon manat və ya 1,2 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2 milyard 746,4 milyon manat və yaxud 6,6 faiz çox olmaqla 44 milyard 450,0 milyon manat proqnozlaşdırılır.

2027-ci il üçün dövlət büdcəsi xərclərinin 26 milyard 2,5 milyon manatı və ya 61,6 faizi cari xərclərə (2026-cı illə müqayisədə 800,9 milyon manat və ya 3,2 faiz çox), 13 milyard 800,0milyon manatı və ya 32,7 faizi əsaslı xərclərə (2026-cı illə müqayisədə 244,4 milyon manat və ya 1,7 faiz az), 2 milyard 397,5 milyon manatı və ya 5,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2026-cı illə müqayisədə 60,1milyon manat və ya 2,4 faiz az) yönəldilməsi proqnozlaşdırılır.

“Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. Belə ki, 2027-2030-cuillərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin, habelə Milli xərc prioritetlərinə söykənən layihələrin maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.Ortamüddətli dövrdə zəruri xərc istiqamətləri üzrə artımların inflyasiyaya təkan verməyən səviyyədə həyata keçirilməsi və pul bazasının izafi artımına yol verməməklə Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasətin dəstəklənməsi nəzərdə tutulur”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti