...

Azərbaycanda yanvar-mart aylarında istehsal olunan neft bitumunun həcmi açıqlanıb

Energetika Materials 15 Aprel 2026 18:47 (UTC +04:00)
Azərbaycanda yanvar-mart aylarında istehsal olunan neft bitumunun həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 33,4 min ton neft bitumu istehsal olunub.

Trend xəbər verir ki, bu barədə məlumat Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən dərc olunub.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 min ton və ya 17,3% azdır. Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 40,4 min ton neft bitumu istehsal edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda 6,630 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 234 min ton və ya 3,4% azdır.

Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 6,612 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 235 min ton və ya 3,4% azdır.

BAKI /Trend/ – Cari ilin yanvar-mart aylarında Azərbaycanda 33,4 min ton neft bitumu istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti