...

ABŞ İran limanlarından çıxan 10 gəmini saxlayıb

Dünya xəbərləri Materials 16 Aprel 2026 11:40 (UTC +04:00)
ABŞ İran limanlarından çıxan 10 gəmini saxlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri blokadanın başlanğıcından etibarən İran limanlarından çıxan 10 gəmini ələ keçirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Bazar ertəsindən etibarən Amerika blokadasının başlanğıcından bəri on gəmi saxlanılaraq geri yönləndirilib və heç bir gəmi blokadanı yarmağı bacarmayıb. ABŞ hərbçiləri İran limanlarına daxil olan və çıxan gəmilərin qarşısını almaq məqsədilə regional suların müşahidəsini və patrul xidmətini davam etdirirlər”, – məlumatda qeyd olunur.

Belə ki, 15 apreldə İranın bir yük gəmisi ABŞ blokadasını yan keçməyə cəhd edib. Bəndər-Abbas limanından çıxandan sonra Hörmüz boğazı istiqamətində hərəkət edərək İran sahilləri boyunca Ərəbistan dənizi istiqamətinə yönəlib, lakin “USS Spruance” raket esminesi gəmini uğurla istiqamətini dəyişməyə məcbur edib və gəmi İrana geri qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti