Bakı. Trend:
ABŞ-nin İrana qarşı dəniz blokadası davam etdiyi və İranın neft tankerləri və ticarət gəmilərinə təhlükəli şərait yarandığı halda, İran Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə heç bir idxal və ixracın davam etməsinə imkan verməyəcək.
Trend-in məlumatına görə, bunu İranın Xatəm əl-Ənbiya Qərargahının komandanı ordu generalı Əli Abdullahi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarı dəniz blokadası atəşkəsin pozulması üçün ilk addım hesab olunacaq.
Abdullahi bildirib ki, İran milli hakimiyyəti və mənafeyini var-gücü ilə müdafiə edəcək.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib ki, İran limanlarının blokadası uğurla təmin edilib. Belə ki, ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə dəniz üstünlüyünə və ABŞ son 36 saat ərzində İranın dəniz ticarətini iflic vəziyyətə gətirməyə nail olub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
