...

NATO Ukraynaya milyardlarla dollarlıq yardım ayırmağı planlaşdırır

Dünya xəbərləri Materials 15 Aprel 2026 22:47 (UTC +04:00)
NATO Ukraynaya milyardlarla dollarlıq yardım ayırmağı planlaşdırır

Bakı. Trend:

Şimali Atlantika Alyansı (NATO) 2026-cı ildə Ukraynaya 60 milyard dollar dəyərində hərbi yardım göstərməyi nəzərdə tutur.

Trend xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte açıqlayıb.

Onun sözlərinə görə, Ukraynanın ehtiyac duyduğu dəstəyin təmin olunması vacibdir. Rütte bildirib ki, bütün müttəfiq ölkələr bu il təhlükəsizlik və müdafiə sahəsində 60 milyard dollarlıq məqsədə çatmaq üçün investisiyalarını artırmalıdır.

O qeyd edib ki, Kiyevə yardım indi əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Baş katib əlavə edib ki, yük ağır olsa da, bu məsuliyyəti daşıyan ölkələrin sayı çox deyil.

Xəbər lenti

Xəbər lenti