Bakı. Trend:
İsrail ordusu "Hizbullah" təşkilatının silahlı birləşmələrinin üç üzvünü əsir götürüb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, bu, Livanın cənubundakı Bint-Cbeyl şəhəri yaxınlığında baş verən döyüş zamanı baş verib. Ordu bildirib ki, toqquşmadan sonra "Hizbullah"ın üç üzvü silahlarını yerə qoyub İsrail qüvvələrinə təslim olub.
Bildirilib ki, hər üçü daha sonra dindirilmək üçün İsrail hərbi qüvvələrinə təhvil verilib.
