...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracı azalıb

Energetika Materials 15 Aprel 2026 09:30 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 6,206 milyon ton təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 674,8 min ton və ya 9,8% azdır.

Belə ki, 2025-ci ilin yanvar-mart aylarında BTC ilə 6,881 milyon ton neft nəql edilmişdi.

Ümumilikdə, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (5 milyon 109,6 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (1 milyon 96,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti