...

Qiymətli metalların fyuçers qiymətləri yüksəlib

İqtisadiyyat Materials 14 Aprel 2026 23:11 (UTC +04:00)
Qiymətli metalların fyuçers qiymətləri yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-York Ticarət Birjasında (NYMEX) və "Comex" birjasında (NYMEX-in bölməsi) qiymətli metallar - platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti 0,59%-dən 5,11%-ə qədər artım göstərir.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Bakı vaxtı ilə saat 22:11-ə olan məlumata görə, "NYMEX"də 2026-cı ilin iyun ayında çatdırılma üçün palladium fyuçerslərinin qiyməti troya unsiyası üçün 1599 dollar (+0,59%) təşkil edib, 2026-cı ilin iyul ayında çatdırılma üçün platin fyuçersləri isə 1,09% artaraq troya unsiyası üçün 2112,3 dollara çatıb.

Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün qızılın qiyməti troy unsiyası üçün 4861,1 dollar (+1,73%), 2026-cı ilin may ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti isə troy unsiyası üçün 79,375 dollar (+5,11%) səviyyəsində ticarət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti