Bakı. Trend:
Azərbaycanda 2026-cı ilin sonuna cari xərclərin 88%-i qeyri-neft gəlirləri hesabına qarşılanacaq.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, ortamüddətli dövrü əhatə edən makrofiskal çərçivə fiskal dayanıqlığın təmin edilməsi ilə yanaşı, bir sıra prioritet xərc istiqamətləri, o cümlədən qəbul edilmiş və ediləcək strategiyalar və dövlət proqramları üçün zəruri maliyyə təminatının formalaşdırılmasını diqqətdə saxlayır.
“Bu əsasda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin mərhələli şəkildə azaldılaraq 2029-cu ilin sonuna 13,0 faiz səviyyəsinə qədər endirilməsi nəzərdə tutulur ki, bu da uzunmüddətlifiskal dayanıqlığı təmin edən səviyyələrdədir.
Dayanıqlılığın digər bir indikatoru kimi, ortamüddətli dövrün sonuna cari xərclərin qeyri-neft gəlirləri ilə tam təmin edilməsihədəflənir. 2026-cı ilin sonuna bu nisbət 88% səviyyəsində proqnozlaşdırılır”, - məlumatda qeyd edilib.
