...

Alimlər ağır xərçəng xəstələrinin ömrünü uzadan preparat icad edib

Dünya xəbərləri Materials 15 Aprel 2026 21:00 (UTC +04:00)
Alimlər ağır xərçəng xəstələrinin ömrünü uzadan preparat icad edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Elraqlusib adlı yeni preparat ən təhlükəli onkoloji xəstəlik növlərindən biri olan və çox vaxt artıq gec mərhələdə aşkarlanan mədəaltı vəzi xərçəngi xəstələrinin həyatını uzada bilər. Bu nəticəyə “Northwestern Universitetinin” alimləri gəliblər.

Trend xəbər verir ki, klinik tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc olunub.

Tədqiqatda xəstəliyin yayılmış formasından əziyyət çəkən 233 pasiyent iştirak edib. Bir qrupa standart kimyaterapiya təyin olunub, digərinə isə eyni terapiya ilə yanaşı elraqlusib preparatı verilib.

Müalicənin başlanmasından bir il sonra yeni preparat qəbul edən qrupda pasiyentlərin 44 faizi sağ qaldığı halda, standart terapiya alan qrupda bu göstərici 22 faiz təşkil edib.

Orta hesablama yeni preparat qəbul edən pasiyentlər müalicənin başlanmasından etibarən təxminən 10 ay yaşayıblar, adi terapiya zamanı isə bu müddət təxminən 7 ay olub. Bununla yanaşı, bəzi xəstələrdə effekt daha nəzərəçarpan olub: təxminən 13 faiz pasiyent iki il yaşayıb, halbuki nəzarət qrupunda belə hallara rast gəlinməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti