Bakı. Trend:
ABŞ ordusu Sakit Okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə hücum edib, dörd nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində yazıb.
"Cənub Komandanlığı Komandanı Fransis Donovanın əmri ilə, "Cənubi Nizə" Birgə Operativ Qrupu 14 apreldə gəmiyə ölümcül zərbə endirdi. Kəşfiyyat gəminin Şərqi Sakit Okean bölgəsində narkotik qaçaqmalçılığı üçün məlum marşrutlar boyunca üzdüyünü və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib", - deyə bildirilib.