...

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib, tövsiyə sənədi qəbul edilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2026 16:50 (UTC +04:00)
Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib, tövsiyə sənədi qəbul edilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib, tövsiyə sənədi qəbul edilib.

Trend xəbər verir ki, iclasda üzv dövlətlərin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuranın əhəmiyyətindən və məqsədlərindən danışıb:

“Konfrans dialoq, təcrübə mübadiləsi və birgə qərarların hazırlanması üçün effektiv platforma olacaq bu məsləhətçi orqanın yaradılması üçün möhkəm zəmin formalaşdırdı. Əminik ki, bu yanaşmalar və təkliflər gələcək fəaliyyətimiz üçün etibarlı dayaq olacaq və konkret, real nəticələr əldə etməyə imkan verəcək. Bu iclas əməkdaşlığımızın inkişafında yeni bir səhifə açır. Azərbaycan Sədrliyinin Müşavirənin institusional inkişafı üzrə prioritetləri çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü sədrliyin ilk mərhələsində irəli sürülmüş və iştirakçı dövlətlər tərəfindən geniş və səmimi dəstək qazanıb. Ötən il aparılmış birgə səylər və konstruktiv dialoq nəticəsində müvafiq Əsasnamə qəbul edilmiş, bu isə gender siyasəti sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açıb”.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə çıxışında Şuranın məqsədlərindən danışıb. O bildirib ki, qadınların rolu hər sahədə gücləndirilməlidir. Baş katib Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirib və buna görə də rəsmi Bakıya təşəkkür edib. K.Sarıbay əlavə edib ki, Azərbaycanın sədrliyi və təşəbbüsü ilə daha uğurlu nəticələr əldə olunacaq.

Daha sonra isə üzv dövlətlərin nümayəndələrinin milli bəyanatları səsləndirilib, yekunda isə Şuranın tövsiyə sənədi səs qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti