Bakı. Trend:
İtaliya İsraillə müdafiə sazişinin müddətini uzatmaqdan imtina edib.
Trend xarici mediyaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni açıqlama verib.
“Hazırkı şəraiti nəzərə alaraq, hökumət İsraillə müdafiə sazişinin avtomatik uzadılmasını dayandırmaq qərarına gəlib”,- Meloni Veronada keçirdiyi brifinqdə bildirib.
2003-cü ildə Parisdə İtaliya ilə İsrail arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sənəd texniki əməkdaşlığı, məlumat və kəşfiyyat məlumatlarının mübadiləsini, həmçinin silahların birgə satın alınmasını nəzərdə tuturdu. Saziş imzalandıqdan sonra hər beş ildən bir avtomatik uzadılırdı.
