Bakı.Trend:
Bakının Nəsimi rayonunda yeni tikilmiş binada partlayış baş verib.
Trend-in məlumatına görə, insident 4-cü mikrorayon ərazisində baş verib.
Hadisə zamanı usta mənzilin eyvanında kondisioneri təmir edərkən partlayış olub.
Partlayışın təsirindən tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
