...

Xaçmazda Zərifə Əliyevanın xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2026 15:00 (UTC +04:00)
Xaçmazda Zərifə Əliyevanın xatirəsi yad edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, eləcə də akademik Zərifə Əliyevanın adını daşıyan Xaçmaz şəhər 8 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə iştirakçılar Xaçmaz şəhər 8 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq-alimin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Zərifə xanımın zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan və qazandığı nailiyyətlərdən danışıblar.

Qeyd olunub ki, akademik Zərifə Əliyevanın pak və nəcib insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın məşhur alim, istedadlı insan olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş ana olduğu vurğulanıb.

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti