...

Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? – AMB-dən açıqlama

İqtisadiyyat Materials 14 Aprel 2026 16:11 (UTC +04:00)
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? – AMB-dən açıqlama
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bu gün "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.

O bildirib ki, taksilərin icbari sığortası üzrə əmsalın 50% artırılması bu nəqliyyat vasitələrinin zərər əmsalının yüksək olması ilə bağlıdır.

“Digər seqmentlərdən fərqli olaraq taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin qət etdiyi məsafə yüksəkdir. Yəni qəza etmək sıxılığı yüksəkdir. Bununla belə, əmsalların artırılması zərərliliyi müəyyən qədər kompensasiya edir, tam qarşılamır” - Vüsal Qurbanov əlavə edib.

Qeyd edək ki, 2025-ci il üzrə icbari avtosığorta üzrə zərərlilik 74%-dən 85%-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti