Bakı. Trend:
2025-ci ildə maliyyə sektorunun aktivləri 7,7% artaraq 60,6 milyard manata çatıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bu gün "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
"Bu göstərici ilə maliyyə sektorunun aktivləri ÜDM-in 47%-nə qeyri-neft ÜDM-nin isə 66%-nə çatıb. Ümumilikdə, maliyyə sektorunun hər bir seqmentləri üzrə aktivlərin artımı müşahidə olunub", - o vurğulayıb.
"Bundan əlavə, maliyyə sektorunun əsas seqmenti olan bank sektorunun balansı genişlənməkdə davam edir. 2025-ci il ərzində bank sektorunun cəmi aktivləri 7.7% (4.1 milyard manat) artaraq 57.1 milyard manat təşkil edib. Cəmi öhdəlikləri isə 7.2% (3.3 milyard manat) artaraq 49.7 milyard manat təşkil edib. Nəticədə, bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.3 fajiz bəndi artaraq 44.2%-ə çatıb", - o qeyd edib.
