...

Uşaqlar üçün transplantasiya daha çətindir - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 14 Aprel 2026 13:00 (UTC +04:00)
Uşaqlar üçün transplantasiya daha çətindir - Səhiyyə Nazirliyi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqlar üçün transplantasiya daha çətindir. Çətinliyin əsas səbəblərindən biri uşaqlarda orqanların və qan damarlarının daha kiçik ölçüdə olmasıdır ki, bu da cərrahi texnikanı daha mürəkkəb edir.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində açıqlayıb.

Onun sözlərinə görə uyğun ölçüdə donor orqan tapmaq uşaqlarda daha çətin ola bilər:

“Uşaqlarda beyin ölümü diaqnozu çox az hallarda qoyulur və təbii ki, o anda valideynlerdən razılıq almaq daha çətindir. Uşaqların immun sistemi də fərqli reaksiya verə bildiyi üçün transplantasiyadan sonra immunosupressiv müalicənin düzgün tənzimlənməsi xüsusi diqqət tələb edir. Eyni zamanda uşaqlarda əməliyyatdan sonrakı dövrdə böyümə və inkişaf faktorları da nəzərə alınmalıdır. Buna görə transplantasiya prosesi uşaqlarda daha mürəkkəb planlaşdırma və uzunmüddətli nəzarət tələb edir”.

Y.Abbasova bildirib ki, uşaqlarda əməliyyatdan sonrakı dövrdə böyümə və inkişaf amilləri, uzunmüddətli müalicənin təsirləri və psixoloji uyğunlaşma da nəzərə alınmalıdır:

“Transplantasiya olunmuş orqanın uşağın böyüməsi ilə uyğun şəkildə fəaliyyət göstərməsi və uzun müddət qorunması üçün davamlı tibbi nəzarət tələb olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti