...

İsmayıllıda taksi sürücüsünə hücum: avtomobili ələ keçirən şəxslər saxlanıldı

Hadisə Materials 14 Aprel 2026 15:05 (UTC +04:00)
İsmayıllıda taksi sürücüsünə hücum: avtomobili ələ keçirən şəxslər saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İsmayıllı rayonunda taksi sürücüsünə qarşı dələduzluq baş verib.

Trend-in məlumatına görə, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.

Tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti