Bakı. Trend:
Çinin məşhur elektromobil istehsalçısı olan "BYD"nin Şencşen sənaye parkında yerləşən çoxmərtəbəli qarajında güclü yanğın baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qarajda əsasən avtokonsernin sınaqlarından istifadə olunan avtomobillər və metalloma gedən yarasız nəqliyyat vasitələri saxlanılırdı.
"BYD"nin bəyanatına əsasən, yanğınsöndürənlər yanğını nəzarət altına almağa nail olub. Yanğın nəticəsində şirkətin heç bir əməkdaşı xəsarət almayıb.
