Bakı.Trend:
Azərbaycanda müğənnilik fəaliyyəti ilə məşğul olan Asya Məmmədli sevgilisi tərəfindən döyüldüyünü iddia edib. Onun sözlərinə görə, o, dəfələrlə hücumlara məruz qalıb və bıçaqlanmaq təhlükəsi ilə üzləşib.
Trend-in məlumatına görə, hadisə ilə bağlı Abşeron rayonunda 34 yaşlı qadının döyülməsi ilə bağlı polis araşdırma aparır.
Əməli törədən şəxsin saxlanılması üçün tədbirlər görülür.
