Bakı.Trend:
Neft Daşlarının yaxınlığında balıqçı dənizdə batıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.
Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.
