...

Serbiya və İsrail birgə hərbi dronlar hazırlayacaq

Dünya xəbərləri Materials 14 Aprel 2026 18:33 (UTC +04:00)
Serbiya və İsrail birgə hərbi dronlar hazırlayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya müdafiə qabiliyyətini gücləndirmək və silah-sursatla hərbi texnika ixracını artırmaq məqsədilə İsraillə birlikdə hərbi dronların istehsalını planlaşdırır.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç bildirib.

Qeyd edək ki, Serbiyanın SDPR silah istehsalçısı İsrailin “Elbit Systems” şirkəti ilə birgə dron istehsalı zavodu açmağı planlaşdırır. Məlumata görə, “Elbit” layihədə 51 faiz paya sahib olacaq, qalan hissə isə Serbiyaya məxsus olacaq.

Vuçiç bildirib ki, dron istehsalını genişləndirməyə çalışan Serbiya İsrail kimi dronlar istehsal edə bilmir.

“Biz bunu birlikdə edəcəyik, yarı-yarıya, əllinin əlliyə - dünyanın bu hissəsində ən yaxşı dronlara sahib olacağıq”, — deyə o, Belqradda hərbi hissəyə səfəri zamanı jurnalistlərə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti