...

Energetika naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Energetika Materials 14 Aprel 2026 18:38 (UTC +04:00)
Energetika naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmaların əhəmiyyəti vurğulanıb. Misirin Azərbaycanla genişmiqyaslı enerji əməkdaşlığında maraqlı olduğu ifadə edilib. Bu kontekstdə SOCAR və EGPC arasında geniş əməkdaşlığı əhatə edən Çərçivə Sazişinin imzalanması yüksək qiymətləndirilib.

Görüş zamanı “Elsewedy Electric S.A.E.” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarına da toxunulub. Birgə layihələrin həyata keçirilməsi perspektivi Azərbaycanda gələcəkdə məlumat mərkəzlərinin artması ilə elektrik enerjisinə tələbatın və ixrac imkanlarının yüksəlməsi müstəvisində nəzərdən keçirilib.

Bundan əlavə, Misir tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti