Bakı.Trend:
Çinin “Geely” avtokonserni Rusiya bazarından 38,9 min “Atlas”markalı avtomobilini geri çağırır.
Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Söhbət konkret olaraq 11 oktyabr 2023-cü ildən 30 sentyabr 2025-ci ilə qədər olan müddət ərzində istehsal olunmuş avtomobillərdən gedir.
Geriçağırılmaya səbəb həmin dövr ərzində buraxılmış “Atlas”larda parkinq köməkçisi sisteminin qoruyucusunda aşkarlanmış nasazlıqdır və şirkət onların dəyişilməsini zəruri hesab edir.
