...

Naxçıvanda canlanan əmək bazarı: Rəqəmlər nə deyir?

Cəmiyyət Materials 14 Aprel 2026 20:02 (UTC +04:00)
Naxçıvanda canlanan əmək bazarı: Rəqəmlər nə deyir?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında əmək bazarında diqqətçəkən aktivlik qeydə alınıb.

Trend-in əldə etdiyi məlumata görə, il ərzində ümumilikdə 26 982 yeni əmək müqaviləsi bağlanılıb.

Bunun 13 579-u dövlət, 13 403-ü isə qeyri-dövlət sektorunun payına düşür. Bu, özəl sektorun dövlətlə, demək olar ki, eyni səviyyədə aktivlik göstərdiyini ortaya qoyur.

İlin sonuna isə aktiv əmək müqavilələrinin sayı 54 617-yə çatıb. Bu rəqəm əmək bazarında sabitliyin və davamlı məşğulluğun formalaşdığını göstərən əsas göstəricilərdən biri kimi diqqət çəkir.

2025-ci ildə 663 nəfər ödənişli ictimai işlərə cəlb olunub. Onların böyük hissəsi – 537 nəfər “DOST” İş Mərkəzi vasitəsilə işlə təmin edilib, digər 126 nəfər isə Naxçıvan “DOST” İş Mərkəzinin xətti ilə bu imkanlardan yararlanıb.

Özünüməşğulluq proqramı da aktiv şəkildə davam etdirilib. İl ərzində 564 nəfər bu proqram çərçivəsində aktivlərlə təmin olunaraq öz biznesini qurmaq imkanı əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti