...

Naxçıvanda sosial yardımlar və pensiya ödənişləri artıb

Cəmiyyət Materials 14 Aprel 2026 21:52 (UTC +04:00)
Naxçıvanda sosial yardımlar və pensiya ödənişləri artıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ünvanlı dövlət sosial yardımı alan ailələrin orta aylıq sayı 2 666 olub.

Trend-in əldə etdiyi məlumata görə, bu yardımlardan faydalanan insanların sayı isə 11 852-yə çatıb.

Ümumilikdə sosial yardımlar üçün dövlət büdcəsindən 14 milyon manat vəsait ödənilib.

Ən diqqətçəkən məqamlardan biri isə artım tempidir. Belə ki, 2024-cü illə müqayisədə yardım alan ailələrin sayı 45 %, bu yardımlardan yararlanan insanların sayı 46 %, ayrılan ümumi məbləğ isə 33 % artıb.

Pensiya təminatında da artım müşahidə olunub. Ötən il muxtar respublikada 45 457 nəfər pensiya alıb və onların hesablarına ümumilikdə 281,3 milyon manat vəsait köçürülüb. Eyni zamanda, təkcə 2025-ci il ərzində 2 872 nəfərə yeni əmək pensiyası təyin edilib.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən bütün pensiyalar 8,1 % indeksləşdirilib, sığortaolunan şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı isə 2,2 % artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti