...

Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib (FOTO/VİDEO)

Siyasət Materials 16 Aprel 2026 17:59 (UTC +04:00)
Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova İstanbulda keçirilən IPU-nun 152-ci Assambleyası çərçivəsində Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib.

Bu barədə Trend xəbər verir.

S. Mikayılova, xüsusilə, Komitənin fəaliyyəti və vəzifələri, IPU-nun cari Assambleyasında qadınların iştirak dinamikası, eləcə də dünya ölkələrinin milli parlamentlərində gender balansı ilə bağlı vəziyyəti barədə məlumat verib.

Xatırladaq ki, deputat Sevil Mikayılova Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, IPU-nun 152-ci Assambleyasında iştirak edir.

Assambleyanın yekunlarına əsasən fövqəladə məsələ üzrə və daimi komitələrin mövzuları üzrə qətnamələr qəbul ediləcək. Bu mövzulara parlamentlərin effektiv postmünaqişə mexanizmlərinin yaradılmasında və ədalətli, dayanıqlı sülhün bərpasında, eləcə də ədalətli və dayanıqlı qlobal iqtisadiyyatın qurulmasında rolu daxildir.

Assambleya plenar debatların ümumi mövzusu üzrə yekun sənədin qəbulu ilə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti