...

Bu ölkə Aİ-nin Rusiyaya qarşı gələcək sanksiyalarını bloklaya bilər

Dünya xəbərləri Materials 16 Aprel 2026 18:33 (UTC +04:00)
Bu ölkə Aİ-nin Rusiyaya qarşı gələcək sanksiyalarını bloklaya bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya Rusiya ilə bağlı Avropa İttifaqının 20-ci sanksiya paketini, “Drujba” neft kəmərinin fəaliyyətinin bərpasına dair təminatlar alana qədər bloklamağa hazırdır.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar mətbuata açıqlamasında bildirib.

Blanar həmçinin bildirib ki, Slovakiya Macarıstanın blokladığı Ukraynaya 90 milyard avro məbləğində kreditin ayrılmasına etiraz etməyəcək.

Xatırladaq ki, Rusiya neftinin “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya tranziti yanvarın 27-də dayandırılıb. Ukrayna kəmərin infrastrukturuna ziyan dəydiyini bildirib. Ukrayna prezidenti Vladimir Zelenski “Drujba”nın aprelin sonunadək təmir ediləcəyini qeyd edib. Onun sözlərinə görə, kəmər tam şəkildə deyil, fəaliyyət göstərməsi üçün kifayət edəcək səviyyədə bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti