...

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtda daha 5 yolda təmir işləri aparılacaq

Gündəm Materials 16 Aprel 2026 18:52 (UTC +04:00)
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtda daha 5 yolda təmir işləri aparılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində bəzi yollarda həyata keçiriləcək təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:
* Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə);
* Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, “Koroğlu” metro stansiyası istiqamətində, hissə-hissə);
* Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə);
* Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə);
* Bakı Dairəvi yoldan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.

İşlərin icra tarixi və müddəti:
* 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək.

"Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti