...

ABŞ hərbi kontingentini Suriyadan çıxarıb

Dünya xəbərləri Materials 16 Aprel 2026 16:16 (UTC +04:00)
ABŞ hərbi kontingentini Suriyadan çıxarıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerika Birləşmiş Ştatları Suriyada 10 ildən çox davam edən hərbi mövcudluğunu sona çatdırıb.

Trend xəbər verir ki, bu barədə “Clash Report” öz rəsmi “X” səhifəsində məlumat yayıb.

“Görünən odur ki, ABŞ Suriyada hərbi mövcudluğunu başa çatdırıb,sonuncu konvoy ölkənin şimal –şərqində yerləşən Kəsrək bazasını tərk edib. Həmin ərazilər artıq Suriya qüvvələrinin nəzarətinə keçib”, - deyə yazıda bildirilir.

Qeyd edək ki, ABŞ İŞİD qruplaşmasına qarşı mübarizəni əsas gətirərək 2014-cü ildə Suriyaya qoşun yeritmişdi.

Daha əvvəl “Zeteo” portalı mənbələrə istinadən yazmışdı ki, Pentaqon Kubaya qarşı əməliyyatlara hazırlaşmaq barədə göstəriş alıb. Məlumata görə, müvafiq sənəd Ağ Evdən daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti