Bakı.Trend:
Sabunçu rayonu ərazisindəki tuneldə yol çöküb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları QSC" dən bildirilib ki, Sabunçu rayonu ərazisindəki tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub.
"Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq",-deyə qurumdan əlavə edilib.
