...

Azərbaycan və Latviya arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekun protokolu imzalanıb

İqtisadiyyat Materials 16 Aprel 2026 16:05 (UTC +04:00)
Azərbaycan və Latviya arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekun protokolu imzalanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasının yekunlarına dair protokol imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.

"Şuşa şəhərində Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasını keçirdik.

İclas zamanı Azərbaycanın Latviya ilə əlaqələrin davamlı olaraq möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğuna əminliyimizi bir daha diqqətə çatdırdıq. Ölkələrimiz arasında investisiya imkanlarının artırılması, ticarətin divesifikasiyası, heyvandarlıq, meşəçilik, elektron hökumət, tələbə mübadiləsinin artırılması, nəqliyyat və logistika, aqrar emal, ağac emalı, hava yükdaşımaları, film sənayesi, informasiya texnologiyaları sahələrinin əməkdaşlıq üçün böyük potensialı var.

İclasın sonunda Azərbaycan-Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasının yekunlarına dair protokolun imzalanması strateji tərəfdaşlığımızın möhkəmlənməsində mühüm rol oynayacaq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti