Bakı.Trend:
Metronun "Ulduz" stansiyası ətrafında aylardır aparılan qazıntı işləri sakinlər və sürücülər üçün ciddi narahatlıq yaradıb.
Stansiyanın ətrafındakı yollar nə zaman təmir ediləcək?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yaxın günlərdə işlərə start verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, stansiyanın ətrafı aylar öncə qazılıb və indiyədək heç bir təmir işi aparılmayıb.
